Xəbər lenti

Gürcüstandan Rusiyaya gedən avtomobillər Azərbaycana yönəldilir
Ölkə16:38 27.06.2022

Gürcüstandan Rusiyaya gedən avtomobillər Azərbaycana yönəldilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda Rusiyaya yollanan nəqliyyat vasitələrinin sahibləri Azərbaycanla sərhəddəki "Qırmızı körpü” və "Laqodexi” gömrük məntəqələri vasitəsilə sərhədkeçmə prosedurlarını həyata keçirə bilərlər.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Qurum qeyd edib ki, Dəryal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki "Kazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Hava şəraitinin yaxşılaşması və bərpa-möhkəmləndirmə işlərindən sonra "Kazbeqi” məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirəcək.