Xəbər lenti

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində COVID-19-a yeni yoluxma təsdiqləndi
Ölkə18:25 21.06.2020

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində COVID-19-a yeni yoluxma təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Bolnisi rayonunda koronavirusa yeni yoluxma faktı qeydə alınıb.
"Report”un yerli bürosu xəbər verir ki, virusun aşkarlandığı şəxs azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kənd sakinidir.
Bununla da rayonda COVID-19-a yoluxanların sayı 192-yə çatıb. Onların 175-i sağalıb, 4-ü isə vəfat edib.
Qeyd edək ki, Muşevani kəndində aprelin 25-dən yüksək epidemioloji risk səbəbindən sərt karantin rejimi tətbiq olunur.