
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya martın 18-də Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində tərəflər arasında hərbi əməkdaşlıq sahəsində məsələlər müzakirə olunacaq.
Məlumatda bildirilir ki, nazirin Prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə görüşü planlaşdırılır.
Qaynar.info