Xəbər lenti

Güləşçilərə verməyə pul tapa bilməyən vitse-prezidentin oğlunun lüks həyatı (FOTOLAR)
Ölkə08:28 31.07.2017

Güləşçilərə verməyə pul tapa bilməyən vitse-prezidentin oğlunun lüks həyatı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gündür Azərbaycan Güləş Federasiyası ilə milli komandanın güləşçiləri arasında baş verən maaş qalmaqalı gündəmi zəbt edib.

Güləşçilərin mətbuata səs-küylü açıqlamasından sonra Federasiya adından milli komandanın baş məşqşisi açıqlama yayaraq güləşçiləri demək olar ki, xəyanətlə günahlandırdı.

"Qaynarinfo" ölkə.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşən Cəfərovun bahalı avtomobillərinin, lüks həyatının fotoları yayılıb.

Təqdim edəcəyimiz fotolardan da göründüyü kimi yeniyetmə Cəfərovun bir-iki günlük xərci güləçilərə verilən maaşdan az deyil.

Qeyd edək ki, fotolardakı “333” nömrəli avtomobil AGF-nin Vitse-prezidenti Elçin Cəfərovun, “777” nömrəli nəhəng avtomobil isə  yeniyetmə oğluna məxsusdur.

Qaynarinfo.Az