Xəbər lenti

“Guya mənim milyonlarım batıb” - Tağı Əhmədov
Ölkə17:52 18.02.2016

“Guya mənim milyonlarım batıb” - Tağı Əhmədov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov bağlanan bankalarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbərlərə reaksiya verib.

Qaynar.info xəbər verir ki, Tağı Əhmədov azvision.az-a açıqlamasında haqqında yayılan xəbərlərin yalan olduğunu bildirib.

“Kim nə istəyir yazsın, bu, məni maraqlandırmır. Guya mənim milyonlarım batıb. Ağ yalandır” - deyə T.Əhmədov vurğulayıb.

Qeyd edək ki, mətbuatda manatın ucuzlaşmasından sonra Tağı Əhmədovun bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbər yayılıb.

Qaynar.info