Xəbər lenti

Güzdəkdə partlayış həyəcanı
Ölkə11:32 29.07.2014

Güzdəkdə partlayış həyəcanı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində döyüş sursatı aşkarlanıb.

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri dərhal lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib və döyüş sursatının istifadəyə yararlı olan 1 ədəd top mərmisi olması müəyyən edilib.

Mərmi aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və şübhəli əşya aşkarlanmayıb.

Qaynar.info