Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evə bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qubanın Qamqam kəndində isə ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.