Xəbər lenti

Göyçayda avtomobil yanıb
Ölkə19:00 18.06.2016

Göyçayda avtomobil yanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göyçay rayonunda avtomobil yanıb. 
Qaynarifno.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Yekəxana kəndində baş verib.
Kənddə vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılmış 5 ton ot bağlaması və yaxınlıqda dayanmış “Qaz” markalı minik avtomobili yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynarinfo.az