Xəbər lenti

Göyçayda bazarda baş verən yanğın söndürüldü (YENİLƏNİB)
Ölkə14:10 08.06.2020

Göyçayda bazarda baş verən yanğın söndürüldü (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göyçay rayonunda köhnə meyvə-tərəvəz və geyim əşyaları bazarı kimi tanınan "Göyçay-Bazar" ASC-nin ərazisində başlanan yanğın FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb.
APA-nın verdiyi xəbərə görə, hadisə zamanı ümumi sahəsi 100 kvadratmetr olan 5 mağaza yanıb, 2400 kvadratmetr ərazi alovdan mühafizə edilib, yanğının genişlənməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Mağaza sahiblərinə xeyli maddi ziyan dəyib.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
17.35
Göyçay rayonunda bazarda yanğın başlayıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsində yerləşən bazarda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Rayon Dövlət Yanğından Mühafizə Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.