Xəbər lenti

Göyçayda binada yanğın oldu, iki nəfər xəsarət aldı (FOTO)
Ölkə15:31 23.03.2022

Göyçayda binada yanğın oldu, iki nəfər xəsarət aldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göyçay rayonunda çoxmənzilli yaşayış binasında yanğın hadisəsi baş verib, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:30 radələrində Göyçay şəhərinin Nizami küçəsindəki 29 saylı ünvanda yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasında baş verib.
Binanın 2-ci mərtəbəsində yaşayan rayon sakini 1955-ci il təvəllüdlü Musayeva Fəridə Əsgər qızına məxsus ümumi sahəsi 70 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.