Xəbər lenti

Göyçayda şagird dərs vaxtı müəllimini bıçaqladı
Ölkə15:50 03.02.2018

Göyçayda şagird dərs vaxtı müəllimini bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göyçay rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi olub.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanov dərs vaxtı 9-cu sinif şagirdi N.B.-ni kobud davranışına görə danlayıb və onların arasında mübahisə yaranıb.
N.B. hirslənərək yaşadığı evə gedib və mətbəx bıçağını götürərək məktəbə qayıdıb. O, müəllimi Elşən Süleymanova yaxınlaşaraq qəflətən onu bıçaqlayıb. Müəllim qolundan bıçaq xəsarəti alıb.
Bıçaq Yaxınlıqdakı müəllimlərin köməyi ilə şagirdin əlindən alınıb. Hazırda faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.