
Göygöl rayonunda usta işləyən şəxs bədbəxt hadisə nəticəsində ölüb.
DİN-in mətbuat xidmətindən Qaynarinfo.az-a verilən məlumata görə, iyulun 5-də Göygöl rayonunun Üçbulaq kəndindəki daş karxanasında usta işləyən rayon sakini Gündüz Abbasovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.az