Xəbər lenti

Gözaltı bənövşəliklərin 7 səbəbi
Ölkə05:25 23.07.2016

Gözaltı bənövşəliklərin 7 səbəbi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gözaltı bənövşəliklərin 7 səbəbi:
Genetik: Genetik gözaltı bənövşəliklərin səbəbi kapilyar damarlarının daha səthdə olmasından qaynaqlanır.
Allergiya: Gözlərin qaşınmasına və sulanmasına səbəb olan bütün hallar gözaltı bənövşəlikləri  artırır.
Günəş: Günəş qoruyucu istifadə etməmək, bənövşəliklərdən əlavə ləkələrin də yaranmasına  səbəb olur.
Dərman istifadəsi: Bəzi insanların şəkər dərmanı kimi mütəmadi dərman istifadə etməsi  göz altındakı damarların genişlənməsinə və bu bölgənin çox daha tünd rəngli görünməsinə səbəb ola bilir.
Xarici faktorlar: Yuxusuzluq, yorğunluq, spirt istehlakı, stress kimi faktorlar gözaltı bənövşəlikləri artırıcı təsirə sahibdir.
K vitamini: Düzgün qidalanmamaq bədənin hər yerinə təsir etdiyi kimi təsirini göz altında da ciddi şəkildə göstərir. Kifayət qədər mineral və vitamin alınmaması səbəbiylə gözaltı kölgələrdə artım ola bilir.
Gizli xəstəliklər: Qansızlıq, troid problemləri, irəli səviyyədəki ürək və böyrək xəstəlikləri və s. narahatlıqlar göz altı bənövşəlikləri artırır.(qadinklubu)
Qaynarinfo.Az