
Tibbi Yardım Stansiyasının əməkdaşlar 50 yaşlı kişinin meydini evində aşkar ediblər
Bakı şəhərində, səhər saatlarında 1 nəfər dəm qazından zəhərlənərək ölüb.
Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük Savxozu adlanan ərazidə baş verib. Hadisə yerinə gedən Tibbi Yardım Stansiyasının əməkdaşlar evdə 50 yaşlı kişi meydini aşkar ediblər.
Verilən məlumata görə, kişi dəm qazından zəhərlənərək həyatını itirib.
Sutka ərzində Bakı şəhərində 13 dəm qazından zəhərlənmə hadisəsi baş verib. Zəhərlənən 1 nəfər ölüb, 7 nəfər isə xəstəxanaya yerləşdirilib. Qalan 5 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.
Qaynar.info