Xəbər lenti

Gözəllərin prezidenti Bakıya gəldi - FOTOLAR
Ölkə07:30 19.07.2014

Gözəllərin prezidenti Bakıya gəldi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Dünya gözəli” təşkilatının prezidenti Paula M.Şuqart və “Dünya gözəli - 2014” müsabiqəsinin qaliblərindən biri Qabriela İsler Bakıdadır.

Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, qonaqlar ilk olaraq Heydər Əliyev adına mərkəzə səfər ediblər və ümummilli liderə həsr edilmiş eksponatlara tamaşa ediblər. Səfər milli mətbəximizi təqdim edən – Sumakh restoranında şam yeməyi ilə bitib.

Qeyd etmək lazımdır ki, televiziya industriyasına dair 20 illik təcrübəyə malik Paula M.Şuqart “Dünya gözəli” təşkilatına 1998-ci ildə vitse-prezident kimi qoşulub. 2009-cu ildə Donald Trampın özü onu prezident postuna təyin edib.

Qabriela İsler isə Venesuella modeli, Moskvada Crocus City Hall-da keçirilən “Dünya gözəli - 2013” gözəllik müsabiqəsinin qalibidir.

Xatırladaq ki, İsler “Dünya gözəli” müsabiqəsinin qalibi olan yeddinci venesuelalıdır (bu göstərici ilə venesuellalılar, səkkiz gözəllik kraliçası tacına sahib olan amerikalılardan sonra ikinci yerdədirlər).

Qaynar.info