Xəbər lenti

Gözəllik kraliçasının həbsxana görüntüləri - VİDEO
Ölkə18:45 26.01.2017

Gözəllik kraliçasının həbsxana görüntüləri - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2002-ci ildə Türkiyədə gözəllik müsabiqəsində birinci yeri tutan Qalina Babayeva hazırda həbsxanadadır.

Qaynarinfo.Az-ın məlumatına görə, bu haqda "ARB TV"də yayımlanan "Rezonans" verilişində süjet hazırlanıb.

9 il azadlıqdan məhrum edilən Qalinanın uşaqlıqdan həyatı ağır keçib. O, 16 yaşını qeyd etdiyi gün valideynlərini qəzada itirib. İki dəfə ailə quran qadının üç övladı var.

Q.Babayeva həbs edilməsinin səbəbini açıqlayıb:

Sponsorumla aramda problemlər yaşandı. O, məni aldatdı. Evində hər şeyin yerini bilirdim. Onun qızıllarını, antikvar əşyalarını götürdüm. Heç fikrləşmirdi ki, mən götürmüşdüm. Bir tanış qız var idi, onunla da tanış etmişdim. Təsadüfən bu qızla şəhərdə görüşdük, əlimdə antik üzüyü görüb məni ona satdı.

Qalina uzun müddət narkotikdən istifadə etdiyini də etiraf edib:

Daha sonra narkotik maddələrdən istifadə etdim. Yoldaşım istifadə edirdi. Bir gün buna dedim ki, bu nədir ki sən bundan əl çəkə bilmirsən. Dedim, mənə də vur və qolumu uzatdım. Vurdu qoluma. Sonradan bu hal davamlı oldu. Elə olurdu ki, yoldaşım evdə otururdu, mən gedib narkotik tapıb gəlirdim. 2-3 il narkotikanın üstündə oturdum. Bacım müalicəyə apardı məni. Xeyri olmadı.

Fikri daim övladlarının yanında qalan ana bunları söyləyib:

Qızlarıma görə o qədər də yox, sırf oğluma görə narahatam. Oğlum deyir ki, mən hakim olacam. İstəmirəm ki, kiminsə anasına 1 ildən çox iş kəsim. Heç kimi anasız qoymaq istəmirəm".

Qaynarinfo.Az