Xəbər lenti

Gözəllik salonunda həyat yoldaşının başını kəsən kilsədə tutuldu - FOTO
Ölkə18:28 16.06.2014

Gözəllik salonunda həyat yoldaşının başını kəsən kilsədə tutuldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gədəbəydə keçmiş həyat yoldaşının başını gözəllik salonunda kəsdikdən sonra qaçan Qasımov Elçin Fəxrəddin oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. 

“Qafqazinfo”-nun məlumatına görə, o, Daşkəsən rayonunun ərazisində saxlanılıb. Belə ki, E.Qasımov Daşkəsəndəki kilsədə gizlənirmiş.

Məlumatda bildirilib ki, E.Qasımov hadisədən sonra dükandan spirtli içki alıb və içə-içə Daşkəsənə gedib. 

Xatırladaq ki, Gədəbəy rayonunun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib. 

Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir övladlarının olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info