Əməkdaşlarımız da bu gün bu və bu kimi aksesuarların maşından asılmasının səbəbinin nə olmasını elə sürücülərin özlərindən soruşub. Əksəri bu adətin dədə-babadan qaldığını deyir. Bəziləri isə dini inancları ilə əlaqələndirir
Gözmuncuqları, Üzərliklər, Dini inanclarla bağlı müxtəlif aksesuarlar. İndi modelindən asılı olmayaraq bir çox avtomobilin salonunda bunları görmək mümkündür.
Qaynarinfo.az xezerxeber.com-a istinadən bildirir ki, bir sürücü bu adətin dədə-babadan qaldığını, başqa biri isə bunu dini inancı ilə bağlı olduğunu deyir. bir sözlə əksər sürücü gözmuncuğu və üzərliyi nəzərdən qorunmaq üçün maşına asır.
Bu sürücü isə hamıdan fərqli olaraq gözmuncuğunu baqajdan asıb. Amma bəzilərindən fərqli olaraq bunlara inanmayan sürücülər də var. Psixoloq Elnur Rüstəmov isə bildirir ki, bu inanclar ifrat halı almadığı müddətdə belə aksesuarların avtomobilə taxılmasında heç bir problem yoxdur. inanan bir insana bu aksesuarların müsbət təsiri ola bilər.