Xəbər lenti

Habil Əliyevi maşın vurdu - QƏZA
Ölkə09:49 10.10.2013

Habil Əliyevi maşın vurdu - QƏZA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisə  Ötən gün saat 21.00 radələrində Lənkəran şəhərində piyadanı maşın vurub.

Ans Press-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Habil Əliyevi maşın vurub. Ağır kəllə-beyin xəsarətilə xəstəxanaya gətirilən Habil Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı H.Əliyevin Coşqun Ağazadənin idarə etdiyi “VAZ-21063” markalı avtomaşınla vurulması nəticəsində ölməsi müəyyən edilib.

Lənkəran rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Qaynar.info