Xəbər lenti

Habil Əliyevin qızı: “Bütün ümidlər bitdi”
Ölkə08:10 02.09.2015

Habil Əliyevin qızı: “Bütün ümidlər bitdi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti, ustad sənətkar Habil Əliyevin vəziyyəti ağırdır. Həkimlər ümidini itirib, ailəsi göz yaşları içərisində gözləyir.
Publika.az-a açıqlamasında Habil Əliyevin qızı Vəfa xanım deyib ki, bütün cəhdlərə baxmayaraq, atası ayılmır:
“Özümüzü ələ ala bilmirik, atamın vəziyyəti ağırdır, ümid yalnız Allaha qalıb. Həkimlər nə lazımdırsa etdi, artıq onlar da ümidini kəsdi. Üzünə baxırıq, yanında ağlaşırıq, ayılmır. Çox çətindir, gözləyirik. Çox istəyirdik ki, ağır da olsa, yaşasın, ancaq o, heç son sözünü də deyə bilmədi”.
Qaynar.info