Bu gün Mərkəzi Kliniki Xəstəxanada müalicə alan xalq artisti Habil Əliyevlə bağlı mətbuat konfransı keçirilib. Musavat.com xəbər verir ki, mətbuat konfransında xalq artistininin səhhəti ilə bağlı xəstəxananın reanimatoloqu Səbinə Qasımova məlumat verib.
S.Qasımova Habil Əliyevin ürək və ağ ciyər çatışmazlığı ilə Mərkəzi Kliniki Xəstəxanaya gətirildiyini və aparılan müalicələrin müsbət nəticə verdiyini bildirib.
Reanimatoloq H.Əliyevin süni nəfəs aparatına qoşulduğunu və huşunun yerində olduğunu, lakin vəziyyətinin ağır sayıldığını deyib. Bildirib ki, müalicələrin nəticəsi olaraq, xəstənin vəziyyətində müsbət irəliləyiş var.
S.Qasımova H.Əliyevin vəziyyəti ilə bağlı prezident İlham Əliyevə və Mehriban Əliyevaya məlumat verildiyini də vurğulayıb.
Türkiyədən gələn professor Özkan Akınçı da xalq artistini müayinə edib. Gəlinən ümumi nəticə xalq artistinin vəziyyətində yaxşılığa doğru dəyişikliyin olmasıdır.
S.Qasımova onu da qeyd edib ki, Habil Əliyev müalicə üçün xarici ölkəyə aparılmayacaq.
Qaynar.info