Xəbər lenti

"Hacı Beyləqanski" saxlanıldı: Moskva polisi həbs etdi (VİDEO)
Ölkə05:28 01.06.2018

"Hacı Beyləqanski" saxlanıldı: Moskva polisi həbs etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı "qanuni oğru” "Hacı Beyləqanski” Rusiyada saxlanılıb.
Qaynarinfo xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, Hacıbaba Talıbxanlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Moskvada həbs olunub. Hələlik onun hansı səbəbdən saxlanıldığı bəlli deyil.
Qeyd edək ki, "Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet 2016-cı ildə İstanbulda qətlə yetirilən "qanuni oğru” Rövşən Lənkəranskinin ən sadiq və yaxın adamlarındadır.
Xatırladaq ki, kriminal avtoritet bir müddət əvvəl Türkiyədə Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevlə birgə saxlanılmış, qısa müddət sonra isə sərbəst buraxılmışdı.