Xəbər lenti

Hacı İbrahim yenidən “Bandotdel”də
Ölkə07:27 13.06.2015

Hacı İbrahim yenidən “Bandotdel”də

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Diasporla iş üzrə dövlət komitəsinin sədri Hazim İbrahimovun qardaşı, "Avesta" konserninin prezidenti Hacı İbrahim Hehrəmli DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMİ) çağırılıb. Bu barədə istiqlal.az-a daxil olan məlumatda deyilir ki, Hacı İbrahimin BMCQMİ-yə çağırılması Beynəlxalq Bankdan götürdüyü külli miqdarda kreditlə bağlıdır. 
Xatırladaq ki, iş adamı mayın 12-də bu məsələyə görə saxlanmışdı. Lakin sonradan sərbəst buraxıldı və məlum oldu ki, iş adamı hələlik kredit borcunun dəbbəsini ödəyib. Kredit borcunu da yaxın 1-2 ay ərzində ödəmək barədə öhdəlik götürüb. 
İş adamı BMCQMİ-də yenidən bu məsələ ilə dindirilib. İddialara görə, ona konkret vaxt qoyulub. Günün ikinci yarısında Hacı İbrahim Hehrəmli sərbəst buraxılıb. Məlumatda o da vurğulanır ki, iş adamına ölkəni tərk etməsi barədə qadağa hələ qüvvəsindədir.
Qaynar.info