Xəbər lenti

Hacı İbrahimin 100 milyardlıq layihəsinin işçiləri: “Maaşımızı vermirlər”
Ölkə11:41 13.05.2015

Hacı İbrahimin 100 milyardlıq layihəsinin işçiləri: “Maaşımızı vermirlər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin həbsi ilə bağlı yayılan xəbərlərin ardından onun işçiləri ilə bağlı məlumatlar da yayılmaqdadır. 

Məlumata görə, İ.Nehrəmlinin layihəsi olan “Xəzər İslands”da çalışanlar artıq 3 aydır ki, maaşlarını ala bilmirlər.

Məlumatı AzNews.az-a sözügedən nəhəng layihənin işçiləri veriblər. Onlar rəhbərliyə bu həftənin sonunadək vaxt veriblər: “Maaşlarımızı verməsələr, başqa tədbirlərə əl atacağıq”.

Qeyd edək ki, bu gün “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmlinin və ona yaxın olan 2 şəxsin həbs oluması ilə bağlı xəbər yayılıb. Nehrəmlinin hazırda “Bandotdel”də olduğu və ifadə verdiyi bildirilir.

Qaynar.info