
4 aydır maaşlarını ala bilməyən işçilər "AVESTA" konserninin binası qarşısında aksiya keçirirlər
"AVESTA" konserninin prezidenti Hacı İbrahim Nehrəmli maliyyə problemlərini heç cür yoluna qoya bilmir.
Dünən axşam saatlarında "AVESTA" konserninin ofisinin qarşısında toplaşan işçilər maaşlarını ala bilmədiklərinə görə etiraz aksiyası keçirib. Bu barədə anspress-ə etiraz edən işçilər xəbər verib. Onların sözlərinə görə, işçilər artıq dörd aydır ki, maaşlarını ala bilmirlər.
İşçilər hər gün rəhbərlik tərəfindən aldadıldıqlarını deyirlər. Onların sözlərinə görə, artıq 4-5 gündür ki, ofisə gəlib gedirlər. Ancaq işçilər hələ də maşlarını ala bilmədiklərini və hər dəfə yaxın günlərdə maaşları alacaqları barədə vədlər eşidirlər.
Hazırda ofis qarşısında toplaşan 20-ə yaxın işçi maaşlarını almayanadək ərazini tərk etməyəcəyini bildirir. Onların hamısı işdən xaric edilsə də 4 aylıq əmək haqqını ala bilməyib.
Qaynar.info