
Daxili İşlər Nazirliyinin sabiq baş müvəkkili, adam oğurluğu və bir çox qətllərdə ittiham edilərək ömünrlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədov özünə qapanıb, heç kəslə görüşmək istəmir.
Qaynar.info anspress-ə istinadən xəbər verir ki, bu barədə Mitlli Təhlükəsizlik Nazrilyinin istintaq təcridxanasında keçirdiyi monitorinqin nəticələrindən danışan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyib.
“Hacı Məmmədov təkadamlıq kamerada saxlanılır. Televizorla da təmin olunub. Ailə üzvləri də daxil olmaqla heç kimlə görüşmür və telefon əlaqəsi saxlamır. Ailəsi onunla danışmaq istəyəndə imtina edir. Ümumiyyətlə tək mənimlə yox, ailə üzvləri ilə də görüşmür. Bununla da Hacı Məmmədov yaddan çıxmaq istəyir. Amma belə silsilə qətllər törətmiş insan necə yaddan çıxa bilər? Ailəsi ilə də görüşməkdən imtina edir. Evdən göndərilən azuqələrdən belə, imtina edib. Ona görə də təcridxana tərəfindən ona meyvə, meyvə şirəsi verilir. Həmçinin ona balıq da verilir. Mənə bildirdilər ki, Hacı Məmmədovun səhhətində elə bir ciddi problem yoxdur”, - deyə Elçin Behbudov bildirib.
Qaynar.info