Xəbər lenti

Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxılmayıb
Ölkə06:33 16.06.2016

Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxılmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması barədə məlumatlar həqiqəti əks etdirmir.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Quliyeva hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.

N.Quliyevanın adı sonuncu amnistiya aktı tətbiq olunan məhbusların siyahısına düşməyib.

Xatırladaq ki, N.Quliyeva 2005-ci ilin martında keçmiş MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. İyunun 15-də bəzi KİV-lər onun amnistiya aktı ilə azadlığa buraxılmasına dair məlumat yayıb.

Qaynarinfo.az