Xəbər lenti

Hacı Nuran reanimasiyaya yerləşdirildi - FOTO
Ölkə06:26 26.08.2015

Hacı Nuran reanimasiyaya yerləşdirildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyada müalicə alan Hacı Nuran Hüseynov reanimasiyaya yerləşdirilib. 

Anspress-in məlumatına görə, vəziyyəti pisləşən tanınmış teleaparıcı hər an həkim nəzarətindədir. 

Hacı Nuran bu barədə sosial şəbəkədə yazıb: “Artıq bir müddətdir ki, məni reanimasiya şöbəsinə yerləşdiriblər. Bir dəqiqə məni görmək üçün Bakıdan çox sevdiyim vəfalı dostlarım gəldi”.

Sevilən aparıcı dünənki statusunda səhhətinin daha da pisləşdiyini bildirmişdi: “Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım”.

Qaynar.info