
Məlum olduğu kimi, yanvarın 3-də Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 7 vaqonu və 2 sisterni relsdən çıxıb.
Nəticədə sisternlər aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hazırda qəzanın nəticələri aradan qaldırılır. APA-nın bölgə müxbiri hadisə yerində olub və fotoşəkillər çəkib.
Qaynar.info








