Xəbər lenti

Hacıqabulda kafedə silahlı insident olub
Ölkə08:46 29.05.2014

Hacıqabulda kafedə silahlı insident olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Hacıqabul rayonunda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, hadisə mayın 29-da Hacıqabul rayonunun Nəvahi qəsəbəsinin ərazisində yerləşən “Nur” kafesində qeydə alınıb. Qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib

İ.Soltanov könüllü olaraq Hacıqabul Rayon Polis Şöbəsinə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-12” markalı tüfəngi təhvil verib.

Qaynar.info