Xəbər lenti

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var (YENİLƏNİB)
Foto 11:11 12.07.2026

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var (YENİLƏNİB)

Hacıqabulda baş verən avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, qəzada Qurbanzadə Timur Yusif oğlu, 1989-cu il təvəllüdlü Qurbanova Vəfa Nəriman qızı, 2011-ci il təvəllüdlü Qurbanzadə Ayxan Yusif oğlu, 1968-ci il təvəllüdlü Kələşov Mahir İludul oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Rəşid Rəsul oğlu, 1965-ci il təvəllüdlü Əliyeva Sevil Abdulsalam qızı, 2004-cü il təvəllüdlü Osmanova Səbinə, 1967-ci il təvəllüdlü Vahabov Məmmədəli Mustafa oğlu, 1994-cü il təvəllüdlü Zabitli Nicat Habil oğlu, 1985-ci il təvəllüdlü Qurbanov Yusif Süleyman oğlu, 2008-ci il təvəllüdlü Kələşov Məhəmməd Mahir oğlu, 1999-cu il təvəllüdlü Həsənli sarxan Ruslan oğlu, 2003-cü il təvəllüdlü Danyal Zanutalski İbrahim oğlu, 1989-cu il təvəllüdlü Mikanayeva Fərəh Məmmədzahid qızı, 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu, 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu və 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı xəsarət alıb.

Yaralılar hadisə yerindən təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

08.17
 
Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->