Xəbər lenti

Hacıqabulda yük maşınları zavodunun tikintisinin başa çatacağı vaxt açıqlandı
Ölkə19:02 06.05.2019

Hacıqabulda yük maşınları zavodunun tikintisinin başa çatacağı vaxt açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hacıqabul Sənaye Məhəlləsində kiçiktonnajlı yük maşınları və mikroavtobus istehsalı üzrə zavodun tikintisi gələn ilin yayınadək başa çatacaq.
Bunu Trend-ə "Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, müəssisə 2020-ci ilin iyununda istifadəyə verilə bilər.
E.Axundov əlavə edib ki, "Azərmaş”ın zavodun tikintisində payı 100 faiz olub.
Xatırladaq ki, "Azərmaş” zavodunun rəsmi açılışı 2018-ci il martın 29-da baş tutub. Zavodun təsisçiləri İranın "IranKhodro” və Azərbaycanın "AzEuroCar” şirkətləridir.
2018-ci il ərzində zavodda mindən çox "Khazar” avtomobili istehsal olunub. Bu il daha 3 min avtomobilin istehsalı planlaşdırılır.