Xəbər lenti

Hacıqabulda yük qatarı relsdən çıxaraq aşıb - VİDEO
Ölkə10:22 29.01.2014

Hacıqabulda yük qatarı relsdən çıxaraq aşıb - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 12.15-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl vaqonu aşıb və yükü dağılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, ilkin məlumata görə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.
 
Hadisənin  nəticələrinin aradan qaldırılmasına  “Fövqəladə Hallar Qatarı”  MMC-nin  Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hadisənin baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır.


Qaynar.info