Xəbər lenti

Hafiz Məmmədovdan gecikən maaşlarla bağlı- Açıqlama
Ölkə07:46 15.05.2014

Hafiz Məmmədovdan gecikən maaşlarla bağlı- Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Bakı”nın prezidenti Hafiz Məmmədov komandanın baş məşqçisi Milinko Pantiçlə görüşüb. 
Qaynar.info-nun  “Sportnet.az”-a istinadən məlumatına görə, görüşə klubda çalışan digər məşqçilərdən bir neçəsi də qatılıb. 
Məmmədov yaxın vaxtlarda kluba olan borcları ödəyəcəyinə söz verib. Eyni zamanda klub prezidenti Pantiçlə əməkdaşlığın tezliklə rəsmiləşdiriləcəyini söyləyib.
 Qeyd edək ki, Topaz Premyer Liqasının bitiminə 1 tur qalmış "Bakı” avrokubok yarışlarına qatılmaq şansını itirib və 54 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 
Qaynar.info