Xəbər lenti

Hafiz Paşayevdən ilginc açıqlamalar - ADA-dan REPORTAJ (FOTOLAR)
Ölkə08:48 26.08.2014

Hafiz Paşayevdən ilginc açıqlamalar - ADA-dan REPORTAJ (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Veteran jurnalist, haqqin.azsaytının yazarı Emil Ağayev Azərbaycanın ən modern və ən nüfuzlu alitəhsil müəssisəsi olan ADA universitetini gəzib, universitetin rektoru,Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, professor Hafiz Paşayevləsöhbətləşib. Universitet haqda təəsüratlarından və Hafiz Paşayevləsöhbətindən maraqlı epizodlardan ibarət publisistik reportaj yazıb.
Fizika professoru, 13 ilVaşinqtonda Azərbaycanı səfir kimi təmsil etmiş və bu müddət ərzindəhəmişə Amerika təhsil sistemi ilə yaxından maraqlanmış Hafiz Paşayevdeyir ki, o, ADA universiteti ideyasını işləyib hazırlamağa  düz iki ilyarım vaxt sərf etmişdi. Elə universitetin özünün tikilin başaçatdırılması üçün də iki il yarım vaxt lazım oldu.
“MənABŞ-ın 20-dən çox universitetində oldum, düz 60 universitetinlayihəsini hazırlamış amerikalı arxitektoru tapdım. Ancaq təcrübəyə,ixtisasa baxmayaraq iş prosesində amerikalı arxitektor həmişə məndənsoruşurdu-sən nə istəyirsən? Və budur, görürsünüz, burada Qız qalasıelementi də var, bu isə şüşəbəndə oxşayır...Hətta vaxtilə bizimqonşuluğunda yaşadığımız köhnə “İnturist”dən də nəsə var!” Hafiz Paşayevuniversitetin arxitektura elementlərindən bəhs edərək deyir.
ADAuniversiteti sanki Elm məbədidir, Bilik Evidir, burada hər şey rahat vəcəlbedicidir, insan orada özünü sanki evindəki kimi rahat hiss edir.Hətta mühəndislik sistemi də orijinaldır. Binanın qızdırılması vəsoyudulması üçün tələb olunan enerjinin bir hissəsi yerin altındangəlir. Gölün altında üç yüz quyu qazıblar. İl ərzində yerin dərinliyindəvə üstündə daimi temperatur fərqini nəzərə alaraq sanki təbiikondisioner yaradıblar. Avropada, İsveçdə binaların 60 faizi bu ideyailə qızdırılır, soyudulur. Bizdə isə ilk dəfədir!
“Amerikada buna “ağıllı bina” deyirlər-həm iqtisadi, həm ekoloji baxımdan” Hafiz Paşayev izah edir.
Rektoruniversitet şəhərciyində tikiləcək yeni binaların layihəsini dəgöstərir. Bunlardan biri Dillər fakültəsidir. “Biz iki ildən sonrahökmən rus dilini və daha bir xarici dili, ola bilsin çin dilini tədrisetməyə hazırlaşırıq” rektor bildirir. İkincisi-Təhsil Məktəbininbinasıdır. H.Paşayev bunun nə məqsəd daşıdığını belə izah edir:“Azərbaycanda 4500 məktəb var, ancaq onlardan heç birində direktorun vəya müavininin menecment mədəniyyəti yoxdur. Biz hazırda Miçiqanuniversiteti ilə təhsilə rəhbərlik məktəbinin yaradılması layihəsiüzərində işləyirik”
ADAuniversitetinin perspektiv inkişaf proqramı da mövcuddur. H.Paşayevyeni binaların konseptual dizaynını göstərir: “Biz 2025-ci ilə qədərolan müddəti fazalara bölmüşük. Bax burada orta məktəb açmağahazırlaşırıq. Qoy bütün zəncir-məktəb-bakalavr-magistr tamamlansın.Burada isə uşaq bağçası tikiləcək, diölomatların uşaqları üçün”.
Müəllifindiqqətini həm də rektorun sadəliyi və universitetdə yaratdığı səmimimühit  cəlb edib. Məsələn, H.Paşayev jurnalistlə birlikdə universitetinyeməkxanasına gedəndə tələbələr halını pozmadan əllərində padnoslar özişlərində idilər. İstifadə olunmuş padnosları yumağa verəndə isəofisiant yaxınlaşıb rektorun yox, onun qonağının padnosunu götürüb,Azərbaycanda hamının adət etdiyi kimi əvvəlcə  “vəzifəli, vacib adamın”üstünə qaçmayıb.
-Bu ki normaldır, belə də olmalıdır. Azərbaycan dilində “avamlıq” sözüvar. Yəni savadsızlıq, qaranlıq. Dünya görüşün məhdudluğu,-rektorjurnalistin təəcüblənməsinə cavab olaraq bildirir. “Mən bilmirəm bu sözürus dilinə dəqiq necə tərcümə etmək olar, lakin “avamlı” sözü bizdə ənyüksək rütbəli professora da, adi qapıçıya da şamil oluna bilər” HafizPaşayev deyir.
Rektor daha sonra atası,görkəmli yazıçımız Mir Cəlal Paşayevlə bağlı maraqlı xatirəsini danışır:“Mən 1975-ci ildə ilk dəfə Amerikaya gedəndə Kaliforniyauniversitetində bir il işlədim. Qayıdanda atam artıq xəstə idi. Mən evəgələndə o, yataqda idi, özünü bir az yaxşı hiss edəndə otaqda təkqalmışdıq, soruşdu: hə, oralarda necədir? Mən danışmağa başladım. Birdəno, mənə gözlənilməz sual verdi-bəs orada, Amerikada şairlərlə bağlıvəziyyət necədi? Şairlər?-mən təəcübləndim, onlar orada o qədər dəgörünmürdülər axı. Bəli, -atam dedi, Amerika praqmatik ölkədir. Vədərhal da bu formulu verdi: “Millətin avamlığı onun şairlərinin sayı ilədüz mütənasibdir!”.
HafizPaşayev deyir ki, onun stili sonradan düşünülməyib: “Mənim stilimatamdan gəlir. O həyatdan ki, biz görmüşük, o evdən ki, biz yaşamışıq.Bizə bütün bunları onlar, valideyinlərimiz veriblər, necə varıqsaeləyik.  İndi belə hesab olunur ki, hakimiyyətə yaxınıq. Lakin əslindəbizdə dəyişən heç nə yoxdur. Hətta bacılarımın və qardaşlarımınarasında...Hərdən küçədə mənə yaxınlaşırlar: “Sizin mühafizəçinizyoxdur?!”. İnsanları belə tərbiyə ediblər. Avamlıq, ayrı nə demək olar” 
H.Paşayevavamlıq, savad məsələsi ilə bağlı yenidən atası haqda xatirələrəqayıdır: “O, köhnə ərəb şriftləri ilə yazırdı. Və ölümündən bir həftəəvvəl mənə ömrünün sonuncu hekayəsini vermişdi. O, əlyazmalarını həmişəmənə verərdi, makinaçı qız Yazıçılar İttifaqında otururdu, onları kiriləlifbası ilə çap edirdi. Bax belə. Geri qayıdanda mən hekayəni oxudum.O, “Səviyyə” adlanırdı. Sadə süjeti vardı.Kimsə bazara gedir, nəsəaxtarır. Və hamı ona qışqırır: “Gəl bura, məndə yaxşı armud var!”, “Gəlbura, məndə alma var!”. Adam onlara baxır və hər dəfə deyir: “Səndə olabilməz”, və yoluna davam edir. Nəhayət kimsə dözməyib ona əsəbiləşir:“Bəs sən nə axtarırsan, hə?!”  Adam “Səviyyə axtarıram” deyir...Bax beləsadə süjet. Lakin mənim üçün bu hekayə ibrətamiz oldu. Sovet dövründə 70 il yaşayan, həm yüksəlişi, həm enişi görən, həmişə təhsilin, elminiçində olan adam. Və o, ömrünün sonunda nə axtarırdı? SƏVİYYƏ...”
HafizPaşayev danışır ki, o, Amerikada işləyəndə ali məktəblər üçün qrantlaralmaq imkanları var idi. Tələb olunan ancaq bu idi ki, kimsə savadlıərizə yazsın. O, bu haqda bütün rektorlara məlumat verir. Ancaq eləsavadsız ərizələr yazırlar ki, onları göstərmək, üzə çıxarmaq belə ayıbidi. Nəticədə amerikalı qızın köməyindən istifadə etmək lazım gəlir. “Və907-ci əlavə bizə dövlət yardımını qadağan etdiyi üçün “Xəzər”universiteti üçün layihə tərtib etdik. Və universitet çox keçmədən 300min dollar qrant aldı” Hafiz Paşayev xatırlayır.

Qaynar.info