Xəbər lenti

Hakan Fidan: "Azərbaycan bayrağının Vətənin hər qarışında dalğalanmasını görməkdən qürur duyuruq"
Ölkə19:45 28.05.2025

Hakan Fidan: "Azərbaycan bayrağının Vətənin hər qarışında dalğalanmasını görməkdən qürur duyuruq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün Prezidentimizlə birlikdə səfərdə olduğumuz Laçında Azərbaycan bayrağının Vətənin hər qarışında sərbəst dalğalanmasını görməkdən qürur duyuruq".
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə yayımladığı təbrik mesajında yazıb.
"Azərbaycanın Müstəqillik Gününü ürəkdən təbrik edirəm.
Müstəqillik uğrunda mübarizədə şəhid olan qəhrəmanlarımızın xatirəsini ehtiramla, fədakar qaziləri rəhmətlə anıram", - nazir qeyd edib.