Suraxanı-Zığ yolunda huşunu itirərək yıxılan qadının vəziyyəti yaxşıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə MKTB-nin baş mühəndisi Tural Zeyniyev məlumat verib. O, qadının keçinməsi ilə bağlı yayılan məlumatların yanlış olduğunu deyib.
Qadın isə sağ-salamat olduğunu və sabahdan etibarən işini davam etdirəcəyini bildirib:
"Başım gicəlləndi, yıxıldım yerə. Sağ olsunlar köməyə gəldilər, qaldırıb həkimə apardılar. Nə lazmdısa, etdilər. Şükür Allaha... Deyiblər ölmüşəm. Amma ölüb eləməmişəm, sağ-salamatam. Allah qoysa sabah da işimi davam etdirəcəyəm".