Xəbər lenti

Haluk Levent azərbaycanlı gənc üçün kampaniya başlatdı (FOTO)
Ölkə12:28 01.10.2019

Haluk Levent azərbaycanlı gənc üçün kampaniya başlatdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyəli müğənni Haluk Levent azərbaycanlı gəncin həyatını xilas etmək üçün addım atıb.
Qaynarinfo xəbər verir ki, müğənni xərçəng xəstəliyindən əziyyət çəkən 22 yaşlı Sura Nadirovanın müalicəsinə kömək məqsədilə kampaniya başladıb. H.Levent "Twitter" postunda yazıb:
"22 yaşlı Sura Nadirova qan xərçəngindən əziyyət çəkir. Türkiyə vətəndaşı olmadığı üçün burada yaşama icazəsi yoxdur. Müalicə üçün 400 min türk lirəsinə ehtiyacı var. Bakıda çox dinləyicim var. Biletli konsert təşkil edin, gəliri Sura üçün xərcləyək".
Gülşən