Xəbər lenti

Hamilə qadına düzgün diaqoz qoymamaqda ittiham olunan həkimdən cavab
Ölkə10:44 26.08.2019

Hamilə qadına düzgün diaqoz qoymamaqda ittiham olunan həkimdən cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
02.08.2019-cu il tarixində redaksiyamıza daxil olan şikayətdə Qurbanova Rəqsanə Məzahir qızı Qəbələ rayon Mərkəzi xəstəxanasında çalışan ginekoloq Dilarə Hacıyevanı məsuliyyətsizlikdə ittiham etmişdi. 
Qaynarinfo xəbər verir ki, o şikayətində həkimin hamilə olduğu müddətdə mikrobu olduğunu demədiyini və bu mikrobun yeni doğulan körpəsinə keçdiyini bildirmişdi. 
Vəziyyəti ağır olan uşaq Şəki Perinat Mərkəzinə çatdırıldığında, müayinə sonrasında onun ürəyində qüsur, beynində şiş olduğu aşkarlanıb. Halbuki, hamilə olanda Şəki Perintal Mərkəzində dopler müayinəsindən də keçən anaya uşağın ürəyində qüsur olduğu deyilməmişdi.
Şikayət saytımızda dərc olunanda qarşı tərəfin açıqlamasını da yayımlamağa hazırıq deyə qeyd etmişdik. 
Məsələ ilə bağlı Dilarə Hacıyevanın oğlu Kərimbəyli Ramiz Gündüz oğlu Qaynarinfo-nun redaksiyasına cavab məktubu ünvanlayıb. Onun məktubunu olduğu kimi təqdim edirik: 
"İlk olaraq, xəstə həkimi 33-35-ci həftəliyində tərk edərək başqa həkimə müraciət edib. Sonradan isə tərk etdiyi həkimdən şikayət yazıb. Xəstə mikrobunun olduğunu deyir və məlumatı yoxdur ki, həkimlər Səhiyyə Nazirliyinin verdiyi protokola əsasən hərəkət edir. O zaman başqa tədbir görülməsinin uşağın həyatı üçün zərərli olduğundan Səhiyyə Nazirliyi bunun lazım olmadığını protokola yazır. Səhiyyə Nazirliyinin ən son protokoluna əsasən, Rubellanın yoxlanılması və neqativ olduğu halda hər şeyin əla olduğunu aşkar edir. Bu xəstələri işini yaxşı bilməyən və protokollardan xəbəri olmayan həkimlər özünə müsbət rəy qazanmaq üçün "sənin mikrobun olub, onlar müalicə etməyib" deyərək, onlara yanlış məlumat verməsi, həyatını işinə vermiş vicdanlı həkimlərin peşəsində gördüyü işlərinin tapdalanmasına, reputatsiyasının salınmasına və başqa xəstələrin onun haqqında yalnış rəy verməsinə gətirib çıxarır. Yaxşı ki, dövlətimizin hüquq keşikçiləri var. Yalnış məlumat verərək həkimin şərəf və ləyaqətini alçaltması, peşəsinə layiq olmayan şər-böhtan atılmasına görə burada iştirak edən hər bir kəsin məhkəməyə verilməsi və təzminat davası açılması, günahkarın cəzalandırılması üçün proses gedir. İnşallah, haqq yerini tapacaq. Bir də deyir ki, həkim istirahətdədir. Həkimin istirahət etmə hüququ olmadığı harda yazılıb? Mən həkimin oğluyam. Hər işin içində olduğum üçün doğru məlumatları yazıb hamıya çatdırmaq istədim". 
Xatırladaq ki, körpə doğulduqdan 2 gün sonra dünyasını dəyişib. 
Röya Kərimli
Qaynarinfo