Xəbər lenti

Hamını dəhşətə gətirən video ilə bağlı Uşaqlar Birliyi sədrindən reaksiya
Ölkə08:15 03.09.2022

Hamını dəhşətə gətirən video ilə bağlı Uşaqlar Birliyi sədrindən reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ümumiyyətlə, MMC adı altında belə fəaliyyətlərlə məşğul olan bütün qurumların hər biri araşdırılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsindən danışarkən deyib. Onun sözlərinə görə, belə mərkəzlərdə işləyən loqopedlər, psixoloqların hər birinə psixologiya institutunun mütəxəsisləri tərəfindən xarakteristika verilməlidir:
"Hüquq-mühafizə orqanları, aidiyyatı sosial xidmətlər agentliyi, Səhiyyə Nazirliyi hamılıqla bu məsələyə əl qoyub və hazırda araşdırmalara başlanılıb. Yəqin ki, nəticə ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Sertifikasiya, lisenziyalaşdırma mütləq olmalıdır”. 
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda reabilitasiya mərkəzlərinin birində uşaqlara işgəncə verilməsi əks olunan videogörüntlər sosial şəbəkələrdə paylaşılıb.
Bahar Rüstəmli