Xəbər lenti

Hansı dövlət qurumları ləğv olunacaq? - Plan hazırlandı
Ölkə 10:35 20.11.2025

Hansı dövlət qurumları ləğv olunacaq? - Plan hazırlandı

Azərbaycanda yaxın vaxtlarda dövlət idarəçiliyində genişmiqyaslı struktur islahatları və optimallaşdırma tədbirləri həyata keçiriləcək.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq bu istiqamətdə hazırlanmış təkliflər planı Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərin yaxın müddətdə hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir.

İslahatlar çərçivəsində bəzi dövlət qurumlarının ləğv edilməsi, nazirliklərdə funksional baxımdan bir-birini təkrarlayan idarə və şöbələrin, eləcə də bəzi agentliklərin birləşdirilməsi planlaşdırılır.

Dəyişikliklərin əsasən Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu agentliyin tabeliyində olan qurumları, həmçinin digər dövlət təşkilatlarını əhatə edəcəyi bildirilir.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->