Ölkə 19:23 28.07.2022

Hansı institut və təşkilatlar AMEA-nın tabeliyində qaldı? (SİYAHI)

Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində qalan elmi müəsisə və təşkilatların, habelə digər qurumların siyahısı məlum olub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməyən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı isə aşağıdakı kimidir:

Yer Elmləri Bölməsi:
Respublika Seysmoloji Xidmət Mərkəzi

Humanitar Elmlər Bölməsi:
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Nəsimi adına Dilçilik İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Memarlıq və İncəsənət İnstitutu
Folklor İnstitutu

İctimai Elmlər Bölməsi:
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu
Fəlsəfə və Sosiologiya İnstitutu
Hüquq və İnsan Haqları İnstitutu
Qafqazşünaslıq İnstitutu
Elm Tarixi İnstitutu

AMEA-nın nəzdindəki təşkilatlar:
Mərkəzi Elmi Kitabxana
"Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi
Gənc Alim və Mütəxəssislər Şurası
Azad Həmkarlar İttifaqı
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası

AMEA-nın Regional Bölmələri

Naxçıvan Bölməsi:
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
Əlyazmalar Fondu
Elmi Kitabxana
Nəbatat bağı

Gəncə Bölməsi:
Nizami Gəncəvi Mərkəzi
Humanitar Tədqiqatlar İnstitutu
Diyarşünaslıq İnstitutu

AMEA-nın Regional Elmi Mərkəzləri:
Şəki Regional Elmi Mərkəz

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Elm və Təhsil Nazirliyi yaradılıb, AMEA-nın bir sıra institutları və elmi müəssisə və təşkilatları bu nazirliyin tabeliyinə verilib. O cümlədən 3 muzey Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.