Xəbər lenti

Hansı ölkələrin gəncləri daimi yaşamaq üçün Azərbaycana gəliblər? (SİYAHI)
Ölkə 19:31 25.09.2024

Hansı ölkələrin gəncləri daimi yaşamaq üçün Azərbaycana gəliblər? (SİYAHI)

Ötən il daimi yaşamaq üçün Azərbaycana başqa ölkələrdən 15-29 yaşlarında 461 şəxs gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycana gələn 15-29 yaşlı gənclərin 134 nəfəri kişi, 327 nəfəri qadın olub.

Məlumat üçün bildirək ki, ötən il 15-29 yaşlı gənclər daimi yaşamaq üçün Azərbaycana ən çox Gürcüstandan köçüblər. İl ərzində Gürcüstandan Azərbaycana 166 gənc köçüb və onların 43-ü kişi, 123-ü qadın olub. İkinci sırada Rusiya qərarlaşıb. Rusiyadan gələn gənclərin sayı 155 nəfər olub və onlardan 36-sı kişi, 119-u qadın olub.

Qeyd edək ki, daimi yaşamaq üçün Azərbaycana köçən gənclər əsasən aşağıdakı ölkələrin vətəndaşları olub:

Gürcüstan – 166 nəfər (43 kişi, 123 qadın);
Rusiya – 155 nəfər (36 kişi, 119 qadın);
Türkiyə – 45 nəfər (25 kişi, 20 qadın);
Ukrayna – 34 nəfər (15 kişi, 19 qadın);
Qazaxıstan – 31 nəfər (6 kişi, 25 qadın);
Türkmənistan – 6 nəfər (3 kişi, 3 qadın);
Qırğızıstan – 6 nəfər (1 kişi, 5 qadın);
Özbəkistan – 5 nəfər (2 kişi, 3 qadın);
İran – 4 nəfər (2 kişi, 2 qadın);
Belarus – 1 nəfər (0 kişi, 1 qadın);
Moldova – 1 nəfər (0 kişi, 1 qadın).

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->