
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 4.1-ci maddəsinə xüsusi əlavə edilir.
Edilən əlavəyə görə, xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olacaq.
Sənəd cari sessiya ərzində Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Qaynar.info