Xəbər lenti

Hansı rayonlarda qaz olmayacaq?
Ölkə09:16 25.06.2014

Hansı rayonlarda qaz olmayacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə musavat.com-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, yeni çəkilmiş magistral qaz kəmərinin qaz təchizatı mənbəyinə qoşulması, qaz nəqli sistemində təmir-bərpa və təmir-quraşdırma işləri, eləcə də qaz təchizatı şəbəkəsində təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dək Siyəzən, saat 17:00-dək Ağsu və Qobustan, saat 18:00-dək Quba rayonuna, həmçinin Xətai, Sabunçu, Zaqatala, Ağstafa, Goranboy, Qazax, Şirvan və Göyçay rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info