Xəbər lenti

Hansı universitetlər mediada pislənir? - SİYAHI
Ölkə08:58 08.07.2016

Hansı universitetlər mediada pislənir? - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

"Qaynarinfo.Az"
MTM-nın iyun azı üzrə universitetlərlə bağlı analizini təqdim edir.

2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 12735 xəbər yerləşdirilib. Bunlardan 225 xəbər mənfi, 229 xəbər müsbət və 12281 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Bakı Dövlət Universiteti (53 xəbər – şikayət, tələbələrin təqaüdlərinin verilməməsi, rektorun qalmaqallı biblioqrafiyası), Texniki Universitet  (40 xəbər – rektor haqqında olan iddialar). Müsbət xəbərlər arasında liderlər: Memarlıq və İnşaat Universiteti (119 xəbər – universitetin əməkdaşlarının təltif olunması), Mühəndislik Akademiyası (55 xəbər – rektorun təltif olunması), İqtisad Universiteti (25 xəbər – regionun ən yaxşı universitetləri sırasında olması).

Xəbər sayına görə sıralama:

1.    Bakı Dövlət Universiteti       1247 xəbər
2.    İqtisad Universiteti               1137 xəbər
3.    Bakı Slavyan Universiteti    792 xəbər
4.    Texniki Universitet               722 xəbər
5.    Neft və Sənaye Universiteti  688 xəbər   
   
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1595 xəbər dərc edilib. Bu xəbərlərdən 1562-si neytral, 33-ü isə müsbət xəbərlərdir. Müsbət xəbərlər arasında liderlər: Memarlıq və İnşaat Universiteti (9 xəbər – universitetin əməkdaşlarının təltif olunması), İqtisad Universiteti (8 xəbər – regionun ən yaxşı universitetləri sırasında olması), Mühəndislik Akademiyası (7 xəbər – rektorun təltif olunması). İyun ayında bu sektorla əlaqəli yazılı mətbuatda mənfi xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1.    Bakı Dövlət Universiteti    207 xəbər
2.    İqtisad Universiteti            174 xəbər
3.    Texniki Universitet            114 xəbər
4.    Bakı Slavyan Universiteti  105 xəbər
5.    Pedaqoji Universitet           85 xəbər

İyun ayında televiziya kanallarında universitetlər haqqında 392 xəbər göstərilib.


Xəbər sayına görə sıralama:

1.    Bakı Dövlət Universiteti        54 xəbər
2.    ADA Universiteti                   34 xəbər
3.    Neft və Sənaye Universiteti   30 xəbər
4.    İqtisad Universiteti                 27 xəbər
5.    İdarəçilik Akademiyası           25 xəbər

Qaynarinfo.Az