Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır? (VİDEO)
Bu gün 3 səbəbdən abituriyentlər xarici ölkələrə üz tuturlar.
Ya Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplamırlar, ya qəbul olduqları ixtisas onları qane etmir, ya da daha yüksək keyfiyyətli təhsil üçün xarici universitetləri seçirlər.
Ölkəmizdə qəbul imtahanında yetərli bal toplamayanların əksəriyyəti xarici universitetlərə pulla girirlər.
Geri döndükdə isə çoxunun diplomu tanınmır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən isə bildirilib ki, quruma diplomların tanınması ilə bağlı 297 müraciət daxil olub, onlardan 54-ü imtina alıb.
Qeyd edək ki, ölkəmizdə diplomu tanınmayan ölkələr Ukrayna, Gürcüstan və Rusiyadır. Diplomların tanınmamasının əsas səbəblərindən biri isə tələbələrin təhsil aldıqları müddətdə qaydalarda göstərilən zaman kəsimində həmin ölkədə olmamalarıdır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər