Xəbər lenti

Hansı yolları buz bağlayıb? – Siyahı
Ölkə11:57 22.02.2015

Hansı yolları buz bağlayıb? – Siyahı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumatı açıqlayıb. 

Qaynar.info xəbər verir ki, BDYPİ-dən APA-ya verilən məlumata görə, ötən gündən yağan güclü qar respublikanın bəzi avtomobil yollarında buzlaşmaya səbəb olub:  “Hazırda  Siyəzən- Dəvəçi, Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala,  Ağsu aşırımı, Muğanlı-İsmayıllı,Cəlilabad-Masallı, Lənkəran-Lerik, istiqamətlərində  yolun müəyyən hissələrində buzlaşma var. Müvafiq qurumlar yolun qardan təmizlənməsi istiqamətində iş aparır”.

BDYPİ-dən Bakı-Qazax və Bakı-Şamaxı yollarında nəqliyyatın hərəkətinin normal olduğu bildirilib.

BDYPİ  bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən normal olan sürücülərin yola çıxmasını tövsiyə edib.

Qaynar.info