Xəbər lenti

Harvarddan azərbaycanlı tələbəyə məktub
Ölkə19:10 14.09.2020

Harvarddan azərbaycanlı tələbəyə məktub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Harvard Universitetinin rəhbərliyi bu ali məktəbin rəsmi saytında "boşluq” ("remote code execution”) tapdığına görə azərbaycanlı tələbə Veysəl Xankişiyevə təşəkkürnamə göndərib.
Qaynarinfo  Axar.az-a istinadən xəbər verir ki, bu barədə V.Xankişiyev özü məlumat yayıb.
Onun sözlərinə görə, Harvard Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Kristian Heymerdən məktub alıb.
"Harvard Universiteti İnformasiya Texnologiyaları fakültəsi İnformasiya Təhlükəsizliyi Departamenti Veysəl Xankişiyevə alt domeni ələ keçirdiyinə və problemin necə ortaya çıxmasını bildirdiyinə görə təşəkkür edir.
Harvard sistem və şəbəkəyə təsir göstərən informasiya təhlükəsizliyindəki problemlər haqqında məlumatı yüksək qiymətləndirir.
Təşəkkürlər, Veysəl!” – məktubda qeyd olunub.
Qeyd edək ki, bu, 21 yaşlı tələbənin ilk işi deyil. O, daha öncə həm Azərbaycan, həm də xaricdəki Arizona Universiteti, "Mikrosoft” və s. kimi dövlət müəssissələri və şirkətlərin veb-saytlarında bir sıra boşluqlar tapıb. Əslən Füzulidən olan V.Xankişiyev Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.