Xəbər lenti

Hasardan yıxılıb ayağı sınan oğru bu dəfə 16 nəfərin evini yardı
Ölkə09:37 25.02.2023

Hasardan yıxılıb ayağı sınan oğru bu dəfə 16 nəfərin evini yardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2020-ci ildə fərdi yaşayış evindən əlil arabası oğurlamaq istəyərkən hasardan yıxılıb ayağı sınan şəxs bu dəfə eyni əməllə yenidən gündəmə gəlib. 
Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Mürsəlzadə Elşən Bayram oğlu Bakının Suraxanı rayonunda etdiyi oğurluq hadisəsinə görə yenidən həbs edilib. 
Bu dəfə onun əməlindən 16 ayrı-ayrı vətəndaşın zərər gördüyü üzə çıxıb. 
Belə ki, Elşən Mürsəlzadəyə 16 nəfərin evindən, obyektindən oğurluq etdiyi üçün Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi açılıb. 
İşə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə baxılacaq.
Əhməd